Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri davam edir

0

  •      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri davam etdirilir.
               Satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə alıcılar arasında əlaqə yaratmaq, eyni zamanda əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bazarlarda süni qiymət artımının qarşısını almaqdır.
            Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildirirlər.
















      








    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib46 dəfə
    Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə bazar günləri davam edir

    Maraqlı gələ bilər
    48
    43
    59